Taekvondoçumuz Universiadada gümüş medal qazandı

Taekvondoçumuz Universiadada gümüş medal qazandı
14:58 22 Avqust 2017
147 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan taekvondoçusu Ayxan Tağızadə Tayvanda təşkil edilən XXIX Yay Universiadasında gümüş medal qazanıb.

68 kq çəki dərəcəsində dayanq üzərinə çıxan 21 yaşlı idmançı Fabio Mattelə (Fransa) 19:7, Yakob Barnettə (Böyük Britaniya) 17:9 və Xavier Perezə (İspaniya) isə 9:7 hesabı ilə qalıb gələrək yarımfinala yüksəlib.

Final uğrunda qarşılaşmada erməni rəqibi Sergey Vardazaryana (31:14) şans verməyən Tağızadə həlledici görüşdə rusiyalı Boris Krasnovla döyüşüb. O, 0:1 hesabı ilə uduzaraq Azərbaycana Universiadada üçüncü medalı qazandırıb. Daha əvvəl cüdoçulardan Zelim Kotsoyev (100 kq) qızıl, Firudin Dadaşov (90 kq) bürünc medal əldə edib.

Qeyd edək ki, yığmanın digər üzvü Qaşım Maqomedov (54 kq) ilk rəqibi indoneziyalı Embrion Hidayətullaha (29:19) qalib gəlsə də, Avstraliya təmsilçisi Malkom Levisə uduzaraq (10:12) mübarizəni dayandırıb. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/210695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR