Millinin sabiq qapıçısı FETÖ-cu çıxdı

Millinin sabiq qapıçısı FETÖ-cu çıxdı
15:17 22 Avqust 2017
144 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə yığmasının keçmiş qapıçısı, hazırda şərhçi kimi fəaliyyət göstərən Ömer Çatkıç FETÖ işi ilə bağlı aparılan istintaqla əlaqədar saxlanılıb.

 

Fanat.Az xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb. 

 

Xəbərdə İstanbul Cümhuriyyət Baş Prokurorluğunun təlimatı ilə bu gün polis tərəfindən saxlanılan 43 yaşlı qapıçının evində axtarış aparıldığı bildirilib. Onun şahidlərdən birinin etirafı ilə təşkilatın gizli xəbərləşmə sistemi olan "Bylock”dan istifadə etdiyi məlum olub.

 

Qeyd edək ki, Ömər Çatkıç sonuncu dəfə 2008-2012-ci ildə "Antalyaspor"un formasını geyinib. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millinin-sabiq-qapcs-feto-cu-cxd-t60079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR