Mark Zukerberq ABŞ-ın yeni lideri ola bilər?

Mark Zukerberq ABŞ-ın yeni lideri ola bilər?
15:18 22 Avqust 2017
146 Dünya
Ölkə mətbuatı
A- A+

"ABŞ admintrasiyası 2020-ci ildə keçiriləcək prezident seçkilərində Feysbukun sahibi Mark Zukerberqi Donald Trampa güclü rəqib olaraq görür".

Publika.az xəbər verir ki, bunu yerli "Politico" nəşri yazıb.

Xəbərdə bildirilir ki, Donald Tramp da Mark Zukerberqi seçki kampaniyası üçün təhlükə hesab edir. Seçki kampaniyasına namizədliyini verə biləcək nümayəndələr içərisində potensial namizəd olaraq qeyd olunan Feysbukun yaradıcısı adminstrasiyanı indidən təşvişə salıb.

Adminstrasiyanın siyahısında gələcəkdə Trampın vəzifəsini ələ ala biləcək 10-a yaxın namizəd var.

2017-ci ildə Mark Zukerberq ABŞ-ın 50 ştatını qarış-qarış gəzib bölgə liderlərilə görüşüb.

Bununla yanaşı, 2016-cı ildə Feysbuk xüsusi aksiya başladıb. Aksiyanın məqsədi Markın prezident olacağı təqdirdə şirkət üzərində nəzarəti saxlamağa icazə veriləcəyi ilə bağlıdır.

Mark Zukerberq isə öz növbəsində bu məsələ ilə bağlı bütün iddiaları rədd edib. O bildirib ki, növbəti prezident seçkilərində namziədliyini irəli sürməyəcək.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/210697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR