Ərdoğanın Bakı səfəri Azərbaycana nə vəd edir?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Səfərin 10-11 sentyabr tarixlərində baş tutacağı gözlənilir.

Ərdoğanın Bakı səfəri ilə bağlı Metbuat.az-a açıqlama verən siyasi şərhçi Mübariz Əhmədoğlu bildirib ki, görüşdə ikitərəfli münasibətdən daha çox regional məsələlər müzakirə olunacaq:

“O, Bakıya Qazaxıstandan gələcək. Son dövrlər Türkiyə və Rusiya arasında münasibətlər gərginləşir. Bu məsələdə Rusiya təşəbbüskarlıq göstərir. Ərdoğanın Qazaxıstan və Azərbaycana səfər etməkdə məqsədi regional məsələlərlə bağlıdır. Türkiyə və Rusiya münsibətlərində hazırda sakitləşdirici bir durum lazımdır. Ərdoğan bu səfərlər kontekstində Qazaxıstan və Azərbaycan Prezidentləri ilə Rusiya münasibətlərin sabitləşdirilməsi yolunu axtaracaq. Bakı-Astana-Moskva-Ankara formatı yaratmaqla vəziyyəti nəzarətdə saxlayacaq”.

ABŞ Şimali Koreyaya hücum edə bilər? - AÇIQLAMA - Oxumaq üçün tıklayın!

Xəyalə Məmmədova / METBUAT.AZ 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR