Taekvondoçumuz Universiadada gümüş medal qazandı

Taekvondoçumuz Universiadada gümüş medal qazandı
15:39 22 Avqust 2017
46 Digər
Ölkə mətbuatı
A- A+

 

Tayvanda təşkil edilən XXIX Yay Universiadasında taekvondo üzrə yarışlar davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi turnirin 3-cü günü mübarizəyə qoşulub. İlk olaraq 2 idmançımız dayanq üzərinə çıxıb.  

 

Onlardan Ayxan Tağızadənin çıxışını medalla başa vurub. 68 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk qarşılaşmasında fransalı Franko Matteyi 19:7 hesabı ilə məğlub edib. O, ardınca Yakub Barnettə (Böyük Britaniya) 17:9, Xavyer Peresə (İspaniya) 9:7 hesabı ilə qalıb gələrək, yarımfinala vəsiqə qazanıb.

 

Taekvondoçumuz finala gedən yolda ermənistanlı Sergey Vardazaryanla döyüşüb. Tağızadə rəqibini dayanq üzərinə çıxmağa peşman edib. O, Vardazaryanı 31:14 hesabı ilə məğlub edərək, finala yüksəlib.

 

Ayxan həlledici qarşılaşmada rusiyalı Boris Krasnovla üz-üzə gəlib. 0:1 hesabı ilə uduzan həmyerlimiz gümüş medalla kifayətlənib.

 

Digər idmançımız Qaşım Maqomedov (54 kq) ilkin mərhələdə Embrion Hidayətullaha (İndoneziya) 29:19 hesabı ilə qalib gəlsə də, ardınca avstraliyalı Malkom Levisə 10:12 hesabı ilə məğlub olub.

 

Qeyd edək ki, Tağızadədən öncə 2 cüdoçumuz Universiadada medal qazanıb. Zelim Kotsoyev (100 kq) qızıl, Firudin Dadaşov (90 kq) bürünc mükafata yiyələnib. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281691

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR