Türkiyə prezidenti: “Bu vətəni bölməyə çalışanlara hər tərəfi məzar edərik”

Türkiyə prezidenti: “Bu vətəni bölməyə çalışanlara hər tərəfi məzar edərik”
15:42 22 Avqust 2017
159 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ “Suriyada başqa bir dövlətin qurulmasına əsla icazə verməyəcəyik”.
“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli icra başçılarının 39-cu toplantısında bildirib.
“Terror qruplaşması “PYD” və “YPG”nin (hər ikisi terrorçu PKK qruplaşmasının Suriyadakı qollarıdır – “Report”) “dövlət” qurmasına imkan verməyəcəyik. Bəziləri “kürd dövləti” deyib durur. Suriyada başqa bir dövlətin qurulmasına əsla icazə verməyəcəyik. Bu vətəni bölməyə çalışanlara hər tərəfi məzar edərik”, - dövlət başçısı vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriyanın şimalında 2 min kvadratkilometr Türkiyənin nəzarəti altındadır: “Cerablus, Rai, Əl-Babı terrorçulardan təmizlədik. Oradakı 2 min kvadratkilometrlik sahəyə nəzarət edirik. Onların hədəfi Aralıq dənizinə çıxmaqdır. Cudi, Tendürek, Kandil, Gabarda terrorçulara qarşı apardığımız mübarizəni hər yerdə davam etdirəcəyik”.
Qeyd edək ki, terrorçu PKK-nın Suriyadakı qolları havadarlarının yardımı ilə Aralıq dənizinə çıxmağı hədəfləyirlər. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-prezidenti-bu-veteni-bolmeye-calisanlara-her-terefi-mezar-ederik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR