Türkiyənin tanınmış siyasətçisi MHP-dən istefa verib

Türkiyənin tanınmış siyasətçisi MHP-dən istefa verib
15:57 22 Avqust 2017
130 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Türkiyə siyasətinin tanınmış simalarında biri olan Koray Aydın Milliyyətçi Hərəkat Partiyasından (MHP) istefa verib. 
“Report” "Hurriyet"ə istinadən xəbər verir ki, bunu o, avqustun 22-də rəsmən açıqlayıb.
K.Aydın bildirib ki, MHP-dən bir müddət əvvəl istefa vermiş Meral Akşenerin quracağı partiyada təmsil olunacaq. 
Qeyd edək ki, Koray Aydın Türkiyə Böyük Millət Məclisinə 19, 21, 24 və 25-ci çağırışlarda millət vəkili seçilib. 2015-ci il iyunun 9-dan 2015-ci il noyabrın 1-dək Türkiyə Böyük Millət Məclisi sədrinin müavini olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyenin-taninmis-siyasetcisi-mhp-den-istefa-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR