Baloğlan Əşrəfov İrana gedir

Azərbaycanın tanınmış müğənniləri İranda konsert proqramında çıxış edəcəklər.

Əməkdar artist Baloğlan Əşrəfov Mətbuat.az- a açıqlamasında bildirib ki, əvvəllər də İrana, Təbrizə dəvət alırdı, ancaq gedə bilmirdi. Onunla bərabər müğənni Elçin Hüseynov və meyxanaçı Namiq Qaraçuxurlu da İranın paytaxtı Tehrandakı konsertə dəvət alıb:

“İran Azərbaycanlıları məni çox sevirlər. Həmişə dəvət almamışam, ancaq imkan olmayıb. İndi şərait yaranıb deyə sevə-sevə qəbul etdim. Konsert sentyabr ayında olacaq.”  

Elməddin Cəfərov müflis oldu, maşınını da satdı... - AÇIQLAMA - Oxumaq üçün tıkla 

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR