Giorgi Kvirikaşvili: "Yanğınla mübarizədə Azərbaycandan çox vacib kömək aldıq"

Giorgi Kvirikaşvili: "Yanğınla mübarizədə Azərbaycandan çox vacib kömək aldıq"
16:22 22 Avqust 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycan və Türkiyə yanğınsöndürənləri-xilasediciləri Samtsxe-Cavaxetiya regionundakı Borjomi-Xaraqauli meşəsində baş vermiş yanğının söndürülməsində Gürcüstan tərəfinə kömək edir.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bildirib.
"Yanğınla mübarizədə Azərbaycandan çox vacib ilk yardım aldıq. Helikopter bütün günü çalışıb, yanğınsöndürən maşınlar isə yoldadır. Türkiyədən də yardım aldıq. İki helikopter artıq Batumidədir, onlar tezliklə yanğının söndürülməsi üçün əməliyyata başlayacaq. Günün sonuna isə Türkiyədən böyük, iri tutumlu yanğınsöndürən təyyarə gələcək", - G.Kvirikaşvili vurğulayıb.
Bununla yanaşı, Gürcüstan tərəfi yanğının söndürülməsində Rusiyanın yardımından imtina edib. "Rusiya köməyini təklif etdi, amma mövcud dəstək şəraitində onların yardımına ehtiyac duymadıq. Əlimizdə olan texniki və canlı qüvvələrin köməyi ilə yanğının öhdəsindən gələcəyik. Ajiotaj yaratmaq üçün heç bir səbəb yoxdur", - Gürcüstanın baş naziri deyib.
Hökumət başçısı qeyd edib ki, yanğının yaşayış evlərinə keçmək təhlükəsi yoxdur.
Qeyd edək ki, Daba kəndi yaxınlığında yerləşən meşədə yanğın avqustun 20-də başlayıb. Yanğınsöndürənlər hələ də yanğını söndürməyə çalışır. Vəziyyəti dağlıq relyef, külək və quru hava mürəkkəbləşdirir. Yanğının söndürülməsində təxminən 400 yanğınsöndürən-xilasedici, 100 meşəbəyi, eləcə də Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi tapşırıqlar departamentinin 500 əməkdaşı, Gürcüstan və Azərbaycan aviasiyası iştirak edir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/giorgi-kvirikasvili-yanginla-mubarizede-azerbaycandan-cox-vacib-komek-aldiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR