Bu yoldan keçərkən DİQQƏTLİ OLUN!

Qaradağ rayonu Ələt-Astara yolunun 61-ci km-də yolun çəkilişi ilə bağlı Metbuat.az-a müraciət daxil olub.

Sərvan Mirzəyev bildirib ki, yolun çəkilişi dayandığı üçün avtomobillər əks istiqamətli yolla hərəkət etməli olur. Bu səbəblə, vaxtaşırı sözügedən ərazidə yol-nəqliyyat hadisələri baş verir. Xüsusən də, qum karxanasına gedən yük avtomobilləri qəza törədirlər.

Məsələ ilə bağlı “Azəravtoyol” ASC ilə əlaqə saxladıq. Qurumun ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Nəcəfli bildirdi ki, hazırda həmin ərazidə yeni magistralın tikinti işləri aparılır. Mövcud yolda isə hərəkət var, orada heç bir iş aparılmır:

“Ola bilər ki, təzə magistral hansısa hissədə mövcud yolla kəsişir və o hissədə müəyyən alternativ yol verilib. O yolda işlər aparılır, dayandırılmayıb. Bunun qəzanın baş vermsinə heç bir aidliyi yoxdur. Sürücülər diqqətli olsa, yol nişanlarına riayət etsə, sürət həddinə əməl etsələr, qəzalar da baş verməz. Qəzaların baş verməsinin təmirə heç bir aidiyyatı yoxdur. Orada işlər qrafikə uyğun aparılır. Yol tam olaraq gələn il istifadəyə veriləcək”.

Cinayətdən sonra SİM kartı sındırıb atmısınız? - Polis sizi belə tapacaq... - Oxumaq üçün tıklayın!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR