Gürcüstan prezidenti Azərbaycana təşəkkür etdi

Gürcüstanın Borjomi-Xaraqauli Milli Parkında baş verən meşə yanğınları yaşayış məntəqələri üçün təhlükə törətmir.

Metbuat.az-ın məlumatına görə, iki gün əvvəl başlayan yanğınlar nisbətən səngiyib. Bölgədə 400-ə qədər yanğınsöndürən işləyir. Yanğınlar azı 12 hektar meşə sahəsini külə çevirib. Təbii fəlakətin qarşısının alınmasına kömək üçün Azərbaycan və Türkiyə Gürcüstana helikopterlər göndərib.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili dəstəyə görə Bakı və Ankaraya təşəkkür edib:

"Mən təbii fəlakətin aradan qaldırılmasında bizə kömək edən Azərbaycan və Türkiyəyə minnətdarlığımı bildirirəm"

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR