Qvardioladan Messi barədə açıqlama

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola sabiq futbolçusu Lionel Messi haqqında danışıb.

Metbuat.az-ın məlumatına görə, Britaniya mətbuatına açıqlama verən 46 yaşlı çalışdırıcı Neymarın PSJ-yə 222 milyon avroya transfer olunmasına toxunaraq bildirib:

“Əgər futbolçular üçün bu qədər pullar verirlərsə, deməli, Messinin də təzminat qiymətini (300 milyon – red.) ödəyən biri ola bilər”. 

Qeyd edək ki, argentinalı ulduzun Kataloniya klubu ilə müqaviləsi 2018-ci ildə başa çatır. Bugünlərdə klub Messi ilə razılıq əldə olunduğunu rəsmən açıqlasa da, hələlik tərəflər yeni müqavilə bağlamayıblar.//QOL.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR