ABŞ Rusiyanın 4 vətəndaşına və 1 şirkətinə sanksiya TƏTBİQ ETDI

ABŞ Rusiyanın 4 vətəndaşına və 1 şirkətinə sanksiya TƏTBİQ ETDI
19:13 22 Avqust 2017
182 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Rusiya Federasiyasının 4 vətəndaşını Şimali Koreya ilə bağlı sanksiya siyahısına daxil edib.

Publika.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında deyilir.

Sanksiyaya məruz qalan rusiyalılar bunlardır: “Velmur Management PTE LTD” şirkəti ilə bağlılığı olan İrina Xyuiş, “Gefest-M” və “Korea Tangun Trading Corporation” şirkətləri ilə bağlılığı olan Ruben Kirakosyan, eləcə də Mixail Pisklin və Andrey Serbin.

Moskva şəhərində qeydiyyatda olan “Gefest-M” şirkəti də sanksiya siyahısına salınıb. Bu şirkət Şimali Koreyanın “Tangun” ticarət korporasiyası ilə əlaqədə ittiham olunur.

Sanksiyaya məruz qalanlar arasında Çinin 5, Namibiyanın 2 və Sinqapurun 2 şirkəti də var.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/210725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR