"Barselona" klubu Neymara qarşı 8,5 milyon avroluq iddia qaldırıb

"Barselona" klubu Neymara qarşı 8,5 milyon avroluq iddia qaldırıb
19:47 22 Avqust 2017
187 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ "Barselona" klubu keçmiş hücumçusu Neymardan İspaniya Futbol Federasiyasına şikayət edib.
"Report"un məlumatına görə, klub braziliyalı forvardın müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən onlara 8,5 milyon avro borclu olduğunu açıqlayıb. Məbləğin daha 10 faizi isə dəyən zərərə hesablanıb. "Barsa" bildirir ki, Neymar bunu etməsə, göstərilən məbləği ödəməyə görə məsuliyyəti yeni klubu Fransa PSJ-si öz üzərinə götürməlidir. 
Kataloniya təmsilçisinin açıqlamasında deyilir: "Neymar müqaviləsini uzatdıqdan 2 ay sonra birtərəfli qaydada anlaşmasını satılmasına təşəbbüs göstərib. Bütün prosedurlar oyunçunun özü ilə diskussiyaya girmədən müvafiq ordanlarla birgə aparılacaq".
Qeyd edək ki, Neymar PSJ-yə 222 milyon avroya transfer olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/barselona-klubu-neymara-qarsi-8-5-milyon-avroluq-iddia-qaldirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR