Dənizdə batan şəxs xilas edilib -

Dənizdə çimərkən batmaq təhlükəsində olan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. 

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 18:35-də başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR