İki il əvvəlki VARİANT, düşmənin tamamilə MƏHVİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

İki il əvvəlki VARİANT, düşmənin tamamilə MƏHVİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 22 Avqust 2017
211 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyalı dünya və Avropa çempionu Andrey Draçyovun qətlində şübhəli bilinən azərbaycanlı federal axtarışa verilib. İran və Türkiyənin PKK terror təşkilatına qarşı birgə əməliyyatın bəzi detalları ortaya çıxıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada başqa bir dövlətin qurulmasına heç vaxt icazə verilməyəcəyini bildirib. Rusiya və Türkiyə arasında S-400 zenit-raket sistemlərinin Türkiyəyə çatdırılması haqqında müqavilə imzalanıb. Rusiya yaxın gələcəkdə Minsk razılaşmalarının qismən icrasına gedə bilər. Koreya Xalq Demokratik Respublikası birgə təlimlər keçirən ABŞ və Cənubi Koreyanı “amansız cəza” ilə hədələyib.

Rusiya Dövlət Dumasında “Ədalətli Rusiya” fraksiyasının sədr müavini Oleq Nilov Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətli haqqında işin şəxsi nəzarətə götürülməsi xahişi ilə Rusiyanın baş prokuroru Yuri Çaykaya müraciət edib. Oleq Nilov bildirib ki, davanın iştirakçılarından biri döyüş bacarıqlarına malik idi və bu vəziyyəti qəsdən öldürmə kimi xarakterizə etmək olar. Deputat həmçinin şüursuz vəziyyətdə olan Draçyovun başına zərbələrin vurulmasına diqqət çəkib.

Xatırladaq ki, avqustun 20-də səhər Andrey Draçyov Xabarovskda kafenin qarşısında bir nəfərlə dalaşan zaman başından aldığı zərbə nəticəsində xəstəxanada ölüb.

Dünya çempionunu öldürən azərbaycanlı Dövlət Dumasını AYAĞA QALDIRDI

Rusiyanın Ermənistanda yerləşən Cənub Hərbi Dairəsinin (CHD) hərbi bazasının kəşfiyyat bölmələrinin hərbçiləri ilk dəfə gücləri şərti düşmənin arxasına keçirmək üzrə təlimlərə başlayıb. Təlimlərə Mi-24P hücum vertolyotu və Mi-8Mt ordu aviasiyasının hərbi-nəqliyyat vertolyotu, eləcə də Rusiyanın Cənubi Qafqazdakı hərbi birləşməsinin pilotsuz uçan aparatları cəlb edilib.

Qeyd olunur ki, hazırlıq zamanı xüsusi təyinatlılar dəniz səviyyəsindən 2 min metrdən çox yüksəklikdə yerləşən "Kamhud" və "Alagöz" yüksək dağlıq poliqonlarında təlimatçıların vasitəsilə təcrübədə şərti düşmənin arxasına desant keçirmək üzərində məşq edirlər. Həmçinin vertolyotçularla xüsusi təyinatlılar qrupların şərti düşmən xətlərinin arxasına standart çıxışı üzərində çalışır, şərti düşmənin aşkar eedilməsi məqsədi ilə kəşfiyyat-axtarış tapşırıqlarını yerinə yetirir.

Rusiyanın “Fontanka” nəşri şəxsi hərbi şirkət olan “Vaqner qrupu”nun Suriyada itkilərini sübut edib. Nəşrin yazdığına görə, 2016-cı il aprel-may aylarında Palmira şəhərinin azad edilməsi üzrə əməliyyatın gedişatında qeyri-formal hərbiləşdirilmiş təşkilatın təxminən 32 döyüşçüsü həlak olub, 80-ni ağır yaralanıb.

“Fontanka”nın araşdırmasına görə, 2017-ci ilin əvvəlindən bu yana 40-dan 60-a qədər muzdlu döyüşçü həlak oldu, 80-dən 180-ə qədəri yaralanıb.

Döyüşçülərin ölüm faktları KİV-in xəbərləri və sosial şəbəkələrdə qohumların statusları əsasında müəyyən edilib.

Qarabağa göndərilməsi planlaşdırılan “Məxfi ordu”: Moskva itkiləri GİZLƏDƏ BİLMƏDİ - FOTOLAR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən İran və Türkiyənin PKK terror təşkilatına qarşı birgə mübarizə apara biləcəyini açıqladı. Onun sözlərinə görə, mövzu ötən həftə Türkiyəyə səfər edən İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Baqiri ilə danışıqlarda müzakirə edilib.

“Terror qruplaşmalarına qarşı birgə əməliyyat məsələsi həmişə gündəlikdə dayanıb. Baş qərargah başçıları PKK-ya qarşı əməliyyatın keçirilməsi məsələsini müzakirə etdilər. Bu istiqamətdə səylər davam edəcək, çünki PKK-nın İranda PJAK adlı qolu var. Bu təşkilat həm İrana, həm də bizə zərər vurur”, - Ərdoğan deyib.

Terror təşkilatına qarşı birgə əməliyyatın bəzi detalları ortaya çıxıb.

İranlı generalla aparılan danışıqlarda 3 fərqli əməliyyat planı müzakirə edilib.

Dörd aylıq müharibənin ŞİFRƏLƏRİ: Düşmən tamamilə MƏHV EDİLƏCƏK

“Suriyada başqa bir dövlətin qurulmasına heç vaxt icazə verməyəcəyik”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında 39-cu muxtarlar toplantısında çıxışında deyib.

“Biz bu vətəni bölməyə çalışanlara hər tərəfi məzar edərik”, - prezident bildirib.

Kürdüstan dövlətini yaratmaq üçün Tehran və Ankaranı bir-birindən uzaqlaşdırmaq lazımdır. Bunu jurnalistlərə açıqlamasında İsraildən olan ekspert Martin Şerman söyləyib.

“İran və Türkiyənin Kürdüstandakı referenduma qarşı birləşmsi İsrail üçün çox qorxuludur. Doğrudur, İran-Türkiyə əlaqələri İsrail ilə ərəb ölkələri arasındakı münasibətlərə yaxşı təsir edə bilər, amma bu, həm də İranın müstəqil fəaliyyətini də artırmaq imkanına sahibdir”, – deyə o bildirib.

Rusiya və Türkiyə arasında S-400 zenit-raket sistemlərinin Türkiyəyə çatdırılması haqqında müqavilə imzalanıb. Bunu “Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixeyev bildirib.

Onun sözlərinə görə, müqavilə hələ qüvvələyə minməyib və bəzi texniki nüanslar qalır.

İraq ordusu İŞİD terror təşkilatının müdafiə xəttini yararaq Telafer şəhərinə girib. Bu haqda İraq Müdafiə Nazirliyindən bildirilib.

Ordu şəhərin qərbindəki məhəllələrdə terrorçuların geri çəkilməsinə nail olub. Mosul şəhərindən 50 kilometr qərbdə yerləşən Telafer Suriya ilə sərhəddə terror qruplaşmasının son böyük qalası hesab edilir. Sünni türkmanlar şəhər əhalisinin əksəriyyətini təşkil edir.

Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski 2018-ci ildə keçiriləcək prezident seçkisində iştirak edəcək. Bunu Jirinovskinin özü “Danışır Moskva” radiosuna açıqlamasında söyləyib.

“Mən mütləq seçkidə iştirak edəcəyəm. Əgər hazırkı prezident Vladimir Putin seçkidə iştirak etməsə, o zaman qələbə mənim olacaq”, – deyə o bildirib.

Pakistan terrorçulara sığınacaq verir. Bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp söyləyib. “Pakistan tez-tez xaos, terror agentlərinə sığınacaq verir. İslamabadın siyasəti təhdid kəsb edir”, – deyə o bildirib.

Qeyd edək ki, dünən ABŞ prezidenti Əfqanıstana əlavə hərbi kontingentin göndərilməsi barədə fərman imzalayıb.

Koreya Xalq Demokratik Respublikası birgə təlimlər keçirən ABŞ və Cənubi Koreyanı “amansız cəza” ilə hədələyib. Bu haqda Koreya Xalq Demokratik Respublikasının hərbi komandanlığının elan edilmiş bəyanatında deyilir.

Pxenyan təlimlərı silahlı konfliktin məşqi kimi qəbul edib.

“Birləşmiş Ştatlar unutmalı deyil ki, bizim hərbi gücümüz hərəkət etmək üçün hazır vəziyyətdədir. Dağıdıcı nəticələrə görə məsuliyyət tamamilə bizimlə hərbi qarşıdurma yolunu seçən ABŞ-ın üzərinə düşür”, - bəyanatda bildirilir.

Şimali Koreya həmçinin ABŞ-a məxsus Quam adasını necə məhv edəcəyinə dair video hazırlayaraq, internet şəbəkəsinə yerləşdirib.

Qeyd edək ki, “Ulchi Freedom Guardian” (UFG) adlı hərbi təlimlər bazar ertəsi başlanıb və 10 gün davam edəcək. Təlimlərdə təxminən 50 min Cənubi Koreya və 17,5 min amerikalı hərbi qulluqçu iştirak edir. Təlimlər mütəmadi olaraq ballistik raket sınağı keçirən Şimali Koreyaya ünvanlanmış xəbərdarlıq kimi qiymətləndirilir.

ABŞ belə məhv ediləcək: Şimali Koreyadan AMANSIZ CƏZA - VİDEO

Rusiya prezidenti Vladimir Putin yaxın gələcəkdə Minsk razılaşmalarının qismən icrasına gedə bilər. Bu haqda Ukraynanın “Obozrevatel” nəşrinə “Center for Eastern European perspectives in Washington D.C” təşkilatının direktoru Nikolay Vorobyov deyib.

“Mümkündür ki, Rusiya qoşunların Donbasdan çıxarılması ilə razılaşacaq və bunu Minsk razılaşmalarının öz üzərinə düşən hissəsinin icrası kimi təqdim edəcək. Bundan sonra Ukraynaya Donbasa xüsusi statusun verilməsi təklif ediləcək. Belə variant bundan iki il əvvəl müzakirə edilirdi”, - Vorobyov qeyd edib.

Qoşunlar çıxarılır: Rusiyanı təslim olmağa məcbur edən SƏBƏBLƏR

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/210718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR