PKK həm quru həm də havadan vurulacaq -

İraqın şimalında Türkiyə və İranın PKK terror qruplaşmasına qarşı planlaşdırdığı birgə əməliyyatın bəzi detalları məlum olub.

Metbuat.az-ın məlumatına görə, əvvəlcə türkiyə Hərbi Hava Qüvvələri qruplaşmanın 19 mövqeyini bombalayacaq. Türkiyə mətbuatının məlumatına görə, onların arasında PKK liderlərinin gizləndiyi düşərgələr də var. İkinci mərhələdə isə İran Silahlı qüvvələri İraqın Şimalındakı Qəndil dağlarına quru əməliyyatları təşkil edəcək.

42 min iranlı hərbçinin qatılacağı əməliyyatlara Türkiyə ordusunun xüsusi təyinatlılardan ibarət dəstəsi də dəstək verəcək.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR