Amerikalı hərbçilərin cəsədləri tapıldı -

Sinqapur sahillərində baş verən qəza zamanı itkin düşmüş amerikalı hərbçilərdən bir neçəsinin cəsədi tapılıb.

Metbuat.az-ın məlumatına görə, cəsəd parçaları gəminin qəza zamanı zədələnən hissəsində aşkarlanıb. Onları sayı dəqiqləşdirilir.

Xatırladaq ki, ötən gün Amerika Birləşmiş Ştatlarına məxsus Con Makkeyn hərbi gəmisi Liberiyaya məxsus neft tankeriylə toqquşub. Nəticədə 5 amerikalı hərbçi xəsarət alıb.10-u itkin düşüb.

Onu da qeyd edək ki, Birləşmiş Ştatlar donanması son bir ildə 4-cü dəfədir oxşar hadisəylə üzləşir. İki ay əvvəl Yaponiya sahillərində baş verən qəza zamanı 7 amerikalı hərbçi həyatını itirib.

Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR