Şimali Koreya yenidən Quama zərbə endirəcəyi ilə HƏDƏLƏDİ

Şimali Koreya yenidən Quama zərbə endirəcəyi ilə HƏDƏLƏDİ
21:18 22 Avqust 2017
196 Dünya
Ölkə mətbuatı
A- A+

“Şimali Koreya Quama zərbənin endirilməsi ilə bağlı hazırlıq işlərini sona çatdırıb və ABŞ özünü ağıllı aparmasa, zərbə endiriləcək”.

Publika.az bildirir ki, bunu Şimali Koreyanın Rusiyadakı müvəqqəti işlər müvəkkili Zin Çjon Xep deyib.Bu barədə APA xəbər agentliyi məlumat yayıb.

“Bunu etməyəcəkləri təqdirdə onlar dünya ictimaiyyəti qarşısında Koreya yarımadasında növbəti dəfə rüsvay olacaqlar”, - deyə o bildirib.

Xatırladaq ki, Şimali Koreya bundan əvvəl Sakit okeanın qərbindəki Quam adasında ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını nəzərdən keçirdiyini bəyan etmişdi. Qeyd edək ki, Quam adasında ABŞ-a məxsus “Andersen” aviabazası və “Apra-Xarbor” hərbi-dəniz bazası yerləşir.

ABŞ prezidenti Donald Tramp, öz növbəsində, ABŞ-ın hərbi arsenalının Şimali Koreya ilə döyüşə hazır olduğunu bəyan edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/210738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR