"Kopenhagen"in baş məşqçisindən "Qarabağ" şərhi

"Kopenhagen"in baş məşqçisindən "Qarabağ" şərhi
22:07 22 Avqust 2017
213 İdman
Ölkə mətbuatı
A- A+

"Kopenhagen" avrokuboklarda böyük təcrübəyə sahib olan komandadı. Sabah istəyimizə çata bilərik". Fanat.Az xəbər verir ki, bu sözləri "Kopenhagen"in baş məşqçisi Stole Solbakken deyib.


Çempionlar Liqasının "play-off" mərhələsinin ilk oyununda "Qarabağ"a 0:1 hesabı ilə uduzan Danimarka klubunun baş məşqçisi cavab matçından öncə mətbuat konfransı keçirib. 


49 yaşlı mütəxəssis "Qarabağ"ı bundan əvvəlki mərhələdə məğlub etdikləri Makedoniyanın "Vardar" klubu ilə müqayiə edib:


"Gücümüzü "Vardar"la oyunda sübut etdik. Onlar güclü rəqib idi. Amma "Qarabağ"ın uzun müddət bir yerdə oynayan və milli komandada çıxış edəq çoxlu futbolçusu var. Onlar özlərini yaxşı tərəfdən göstərirlər. Məsələn, yarımmüdafiədə 3 futbolçu 2 mövsümdə bir yerdə oynayır. Müdafiədəki "4-lük" inamlı təsir bağışlayır. Rəqib üstün tərəfdi. Hər xırdalığa fikir vermək lazımdı. İlk qoldan sonra hər şey dəyişə bilər".


Stole Solbakken bildirib ki, Avropa Liqasını yox, Çempionlar Liqasını düşünürlər: 


Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik və bunun üçün hər şeyi edəcəyik. İndi yalnız bu barədə düşünürük. Son 6 həftə ərzində oyun keyfiyyətimizi 30 faiz yaxşılaşdırmışıq. Yeni oyunçular almasaq da, vəzifəmizin öhdəsindən gələcəyimizə inanırıq".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkopenhagenquotin-ba-mqcisindn-quotqarabaquot-rhi-t60084.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR