Xətai rayonunun Sadıqcan Əbilov küçəsində hərəkət məhdudlaşdırılıb

Xətai rayonunun Sadıqcan Əbilov küçəsində hərəkət məhdudlaşdırılıb
22:22 22 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Bakının Xətai rayonunun Sadıqcan Əbilov küçəsində rənglənmə işləri aparılır.
"Azəravtoyol” ASC-dən "Report"a verilən məlumata görə, ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolların və piyada keçidlərinin yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.
Bu gün axşam saat 22:00-dan etibarən Sadıqcan Əbilov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. Ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.
Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. 
"Azəravtoyol” ASC sürücülərdən iş gedən ərazidə diqqətli olmalarını xahiş edir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakida-sadiqcan-ebilov-kucesinde-hereket-mehdudlasdirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR