"BHP Billiton" ABŞ-dakı şist neft biznesini satışa çıxaracaq

"BHP Billiton" ABŞ-dakı şist neft biznesini satışa çıxaracaq
22:48 22 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Dünyanın ən böyük dağ-mədən hasilatı şirkəti olan İngiltərə-Avstraliya şirkəti "BHP Billiton" ABŞ-da yerləşən şist neft-qaz biznesini satacağını bildirib.

Publika.az "Reuters" agentliyinə istinadən bildirir ki, şirkət 2016-2017 maliyyə ilində mənfəətini xeyli dərəcədə artırıb. Buna səbəb sənaye malları bazarında qiymətlərin bərpa olunması göstərilib.

"BHP Billiton" maliyyə ilində borclarını 10 mlrd. dollar və ya 38% azaldaraq 16,3 mlrd. dollara qədər azaldıb və 6,7 mlrd. dollar ilkin mənfəəti açıqlayıb. Neft bumunun yaşandığı illərdə ABŞ-da şist neft biznesinə daxil olan "BHP Billiton" bu sektorda şirkətin zəif nəticə göstərdiyini qeyd edib. Şirkətin baş direktoru Endryu Makkenzi (Andrew Mackenzie) bildirib ki, hazırda şirkətin ABŞ-dakı şist neft biznesi ilə bir sıra tərəflər maraqlanır. Lakin baş direktor ehtimal olunan satış qiymətini açıqlamayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/210739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR