Şəki sakinini ilan sancdı

Şəki sakinini ilan sancdı
22:49 22 Avqust 2017
265 Digər
Ölkə mətbuatı
A- A+

Şəkidə 44 yaşlı qadını ilan sancıb.

 

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saat 20 radələrində rayonun Vərəzət kəndində məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün 1973-cü il təvəllüdlü Pərvanə Zakir qızı İsgəndərova ilan sancma xəsarəti ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, 44 yaşlı Pərvanə İsgəndərova yaşadığı evin həyətyanı sahəsində ağacdan zoğal yığarkən ilan qəfildən onun sağ ayağın baldır nahiyəsindən sancıb. Reanimasiya şöbəsinə yerləşdirilən Pərvanə İsgəndərovaya lazımi tibbi yardım göstərilib,  ilan zəhəri əleyhinə zərdab vurulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281706

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR