"İlklərə daha birini əlavə etmək istəyirik" - Tahir Gözəl

"İlklərə daha birini əlavə etmək istəyirik" -   Tahir Gözəl
22:57 22 Avqust 2017
281 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə oyun öncəsi komandanın düşərgəsini ziyarət edib.


Fanat.Az xəbər verir ki, Kopenhagenə gedən klub rəsmisi “Qarabağ”ın son məşqini stadiondan canlı izləyib.


Daha sonra o, sabahkı görüş haqda fikirlərini klubun saytına bildirib: “Kopenhagen”lə oyunu nəinki “Qarabağ”, bütün Azərbaycan üçün ən önəmli qarşılaşma adlandırmaq olar. Hamımız matçın nə qədər vacib olduğunun fərqindəyik. "Qarabağ" Azərbaycan futbolunda bir sıra ilklərə imza atıb və həmin nailiyyətlərinin zirvəsindəyik. Sabah həmin ilklərə daha birini əlavə etmək istəyirik.  Sabah 40 minlik stadion dolu olacaq, bu da "Qarabağ"ın gücünü, nə qədər ciddi rəqib olduğunu göstərir. İnanırıq ki, zəfər bizimlə olacaq. Komandaya dəstək olmaq üçün bura gəlmişəm, futbolçularımız və baş məşqçimizə inanıram". 


Xatırladaq ki, Bakıda keçirilən ilk görüşdə "Kopenhagen"ə 1:0 hesabı ilə qalib gələn "Qarabağ" sabah bu komanda ilə Danimarkada cavab matçına çıxacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotlklr-daha-birini-lav-etmk-istyirikquot-t60086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR