Nazirlər Kabineti çadranın geyilməsinə qadağa haqqında qanun layihəsini dəstəklədi

Nazirlər Kabineti çadranın geyilməsinə qadağa haqqında qanun layihəsini dəstəklədi
23:03 22 Avqust 2017
343 Dünya
Ölkə mətbuatı
A- A+

Latviyanın Nazirlər Kabinetiqadınların ictimai yerlərdə üzünü tamamilə örtən geyimdə gəzməsinə qadağa qoyan qanun layihəsini dəstəkləyib.

Publika.az “RİA Novosti”yə istinadən bildirir ki, Ədliyyə Nazirliyinin hazırladığı sənədə əsasən, motosikletçilər üçün kaska, xidməti öhdəliklərin yerinə yetirilməsi zamanı, idmanda, bədii və mədəniyyət tədbirlərində iştirak etmək üçün istifadə olunan baş örtükləri, habelə hava şəraiti və ya səhhətlə əlaqədar geyilən baş örtüklərinə qadağa şamil edilmir.

Lakin qanun layihəsi qadınların məbədlərdə və dini fəaliyyətin keçirildiyi hər-hansı məkanlarda üzlərini tamamilə örtən geyimlərdən istifadəsini qadağa etmir.

Nazirlər Kabineti qeyd edir ki, qanun layihəsi cəmiyyət üzvləri arasında açıq ünsiyyət qurmaq məqsədi ilə qəbul olunub. “Qanun layihəsi cəmiyyət üzvləri arasında birlik və harmonikliyin yaradılması məqsədini güdür”, - deyə hökumətdə bildirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/210742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR