Gürcüstanda meşə yanğınlarının söndürülməsinə ordu qüvvələri də cəlb olunacaq

Gürcüstanda meşə yanğınlarının söndürülməsinə ordu qüvvələri də cəlb olunacaq
00:22 23 Avqust 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 23 avqust. REPORT.AZ/ Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ölkənin Borjomi-Xaraqul qoruğunda, eləcə də, digər regionlarda baş vermiş meşə yanğınlarının söndürülməsinə silahlı qüvvələrin də qoşulmasını təklif edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, baş nazir bununla əlaqədar prezident Giorgi Marqvelaşviliyə müraciət edib.
Bildirilir ki, prezident müraciətə müsbət cavab verib. 
Avqustun 23-də parlamentin növbədənkənar sessiyası keçiriləcək və deputatlar dövlət başçısının qərarını təsdiq edəcəklər.
Hökumətin qərarı ilə yanğının söndürülməsi və mümkün risklərin qarşısının alınması üçün mülki əhali də səfərbər olunacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-mese-yanginlarinin-sondurulmesine-ordu-quvveleri-de-celb-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR