Rusiya və Türkiyə xeyli kontraktlar razılaşdırdılar

Rusiya və Türkiyə xeyli kontraktlar razılaşdırdılar
00:39 23 Avqust 2017
285 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya və Türkiyə şirkətləri 86-cı İzmir beynəlxalq sənaye sərgisi  zamanı 820 mln. dollar dəyərində kontraktlar razılaşdırıblar. APA-nın xəbərinə görə, bunu “RİA Novosti”yə Rusiyanın sənaye və ticarət nazirinin müavini Georgi Kalamanov bildirib.    

 

“Yalnız Rusiya İxrac Mərkəzinin məlumatına əsasən, “MatchMaking” formatında keçirilmiş 196 görüş zamanı 820 mln. dollar dəyərində mühüm kontraktlar razılaşdırılıb”, - deyə Kalamanov bildirib.

 

Qeyd edək ki, sərgi avqustun 18-dən 22-dək davam edib. Rusiya sərgidə tərəfdaş ölkə qismində iştirak edib.  

 

Sərgidəki Rusiya ekspozisiyaya Vladimir, Tula, Lipetsk, Voronej vilayətləri, Stavropol diyarı, Tatarıstan və Şimali Osetiyadan iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən 45 şirkət iştirak edib.    


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281711

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR