Meyxana ustası Bayram Kürdəxanılını avtomobil vurub

Meyxana ustası Bayram Kürdəxanılını avtomobil vurub
02:42 23 Avqust 2017
291 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası Bayramqulu Quliyevi avtomobil vurub.
"Report"un məlumatına görə, hadisə Kürdəxanı qəsəbəsində baş verib.
Belə ki, toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbədə yolu keçərkən "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil vurub.
Nəticədə Bayram Kürdəxanılı ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü meyxana ustasını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb və yaralıya ilk tibbi yardım göstərilib.
Meyxanaçının sənət yoldaşı və dostu, meyxana ustası Ağamirzə Məmmədov "Report"a bildirib ki, Bayram Kürdəxanılı yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobil tərəfindən vurulub.
Həkimlərin sözlərinə görə, Bayram Kürdəxanılı ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 3 Saylı Kliniki Tibbi Mərkəzin həkimləri onun vəziyyətini ağır kimi qiymətlənidirblər.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/meyxana-ustasi-bayram-kurdexanilini-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR