Putin Sarkisyanla danışıqlar aparacaq

Putin Sarkisyanla danışıqlar aparacaq
03:14 23 Avqust 2017
227 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin erməni həmkarı Serj Sarkisyanla  danışıqlar aparacaq. APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.  

 

“İki ölkə lideri Rusiya-Ermənistan münasibətlərinin aktual məsələlərini, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində əməkdaşlığın inkişafının perspektivlərini müzakirə edəcəklər, habelə  Serj Sarkisyanın bu ilin martında Rusiyaya rəsmi səfəri zamanı əldə olunan sazişlərin icrasını nəzərdən keçirəcəklər”, - deyə məlumatda bildirilir.  

 

Kremlin mətbuat xidmətinin məlumatına görə, prezidentlər, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemi də daxil olmaqla, əhəmiyyətli beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparacaqlar.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281716

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR