İrlandiyada sürücü avtomobili piyadaların üzərinə sürüb: xəsarət alanlar var

İrlandiyada sürücü avtomobili piyadaların üzərinə sürüb: xəsarət alanlar var
03:27 23 Avqust 2017
231 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ Dublində sürücünün nəqliyyat vasitəsini səkidəki piyadaların üzərinə sürməsi nəticəsində 6 nəfər xəsarət alıb.
"Report"un məlumatına görə, bu barədə "The Irish Times" qəzeti yazıb.
Bildirilir ki, hadisə nəticəsində 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Xəstəxanaya yerləşdirilənlər arasında hadisəni törətmiş sürücü də var.
İnsidentin hansı şəraitdə baş verdiyi araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-rlandiyada-surucu-avtomobili-piyadalarin-uzerine-surub-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR