Hindistanda qatar yük avtomobili ilə toqquşaraq relsdən çıxıb: xəsarət alanlar var

Hindistanda qatar yük avtomobili ilə toqquşaraq relsdən çıxıb: xəsarət alanlar var
04:27 23 Avqust 2017
53 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ Hindistanda altı vaqonlu "Kaifiyat Express" sürət qatarı yük avtomobili ilə toqquşması nəticəsində relsdən çıxıb.
"Report"un məlumatına görə, bu barədə "ANİ" agentliyi xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə ölkənin şimalında, Uttar-Pradeş ştatında olub. Qəza nəticəsində 40-dan çox sərnişin xəsarət alıb.
Yerli hakimiyyət orqanları yaralıların sayını təsdiqləyiblər. Ölənlər barədə məlumat daxil olmayıb.
Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/hindistanda-qatar-yuk-avtomobili-ile-toqqusaraq-relsden-cixib-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR