İspaniyada naməlum sürücü avtomobilini polis maşınına çırpıb

İspaniyada naməlum sürücü avtomobilini polis maşınına çırpıb
06:07 23 Avqust 2017
176 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ İspaniyada naməlum sürücü idarə etdiyi saxta seriya nişanlı avtomobili polis maşınına çırpıb.
"Report"un məlumatına görə, bu barədə "El Pais" xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə Alikante vilayətində baş verib. Hadisəni törətmiş şəxs polisdən gizlənməyə çalışıb. O, avtomobili tərk edərək hadisə yerindən qaçıb.
Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.
Qeyd edək ki, son günlər İspaniyada terrrorçuların fəallaşması hiss edilir. Avqustun 17-də başqa bir sürücü avtomobili Barselonanın mərkəzində insanların üstünə sürüb. Nəticədə 15 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb. 
Avqustun 18-ə keçən gecə isə Kambrilsdə terror aktı törədilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-spaniyada-namelum-surucu-avtomobilini-polis-masinina-cirpib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR