ABŞ yenidən Rusiyanı “Taliban” qruplaşmasını silahlandırmaqda ittiham edib

ABŞ yenidən Rusiyanı “Taliban” qruplaşmasını silahlandırmaqda ittiham edib
08:18 23 Avqust 2017
122 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın dövlət katibi Reks Tillerson növbəti dəfə Rusiyanı “Taliban” qruplaşmasını silahlandırmaqda və beynəlxalq hüquq normalarını pozmaqda ittiham edib.

Publika.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ABŞ-ın dövlət katibi keçirdiyi mətbuat konfransında bildirib.

“Rusiya, həqiqətən, taliblərə silah-sursat tədarük edir, bu beynəlxalq hüquqa, BMT TŞ-nin normalarına ziddir. Biz, əlbəttə ki, buna qarşı çıxış edirik və Rusiyanı buna fikir verməyə çağırırıq”, - deyə Tillerson qeyd edib.

“Əgər kimsə silah tədarük etmək istəyirsə, bu yalnız Əfqanıstanın hökuməti ilə əlaqədə həyata keçirilə bilər ”, - deyə Tillerson qeyd edib.

Rusiya tərəfi bu ittihamları əsassız adlandırıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/210753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR