Sumqayıtda oğul atasını bıçaqlayıb

Sumqayıtda oğul atasını bıçaqlayıb
08:27 23 Avqust 2017
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt. 23 avqust. REPORT.AZ/ Sumqayıtda oğul atasını bıçaqlayıb.
"Report" xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində yerləşən şadlıq evində qeydə alınıb.
 Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, "Romans" şadlıq evində şənlik zamanı 1961-ci il təvəllüdlü Əlmərdanov Cabir Telman oğlu övladı tərəfindən bıçaqlanıb. O, Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. 
Həkimlər C. Əlmərdanovun vəziyyətini orta ağır kimi qiymətləndirir.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sumqayitda-oglul-atasini-bicaqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR