Bakıda iki ayağından əlil olan sürücü piyadanı vurub

Bakıda iki ayağından əlil olan sürücü piyadanı vurub
08:37 23 Avqust 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ Bakıda iki ayağından əlil olan sürücü piyadanı vurub.
"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb.
 Belə ki, Maştağa qəsəbəsində yolu keçmək istəyən Məmmədov Qədir Fərxan oğlunu 78-80 yaşlı, iki ayağından əlil sürücü idarə etdiyi “Zaporojets” markalı avtomobillə vurub.
Nəticədə Q. Məmmədov ağır xəsarət alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər Q.Məmmədovun vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Fakt Sabunçu Rayon Polis İdarəsində araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-iki-aygindan-elil-olan-surucu-piyadani-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR