Maliyyə Nazirliyi 45 mln. manatlıq istiqraz yerləşdirib

Maliyyə Nazirliyi 45 mln. manatlıq istiqraz yerləşdirib
09:22 23 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0102019541 ISIN-li, 20 mln manatlıq, 182 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 12 investor 56 866 800 manat məbləğində, qiymət intervalı 94,0051 manat (12,8601%) – 96,6452 manat (7%) olan 22 sifariş təqdim edib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların hamısı yerləşdirilib. Onların kəsmə qiyməti 95,7277 manat (8,9999%), orta ölçülmüş qiyməti isə 95,7845 manat (8,8749%) müəyyən olunub. Qiymətli kağızların ödəmə tarixi 20 fevral 2019-cu ildir. Hərrac iştirakçıları bu gün alış üzrə öhdəliklərini icra etməlidirlər.
Bundan başqa, BFB-də Maliyyə Nazirliyinin AZ0104020547 ISIN-li, 25 mln manatlıq, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərraca 7 investor 66 177 600 manat məbləğində, qiymət intervalı 88,1941 manat (13,46%) – 93,0588 manat (7,5%) olan 11 sifariş təqdim edib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların hamısı yerləşdirilib. Onların kəsmə qiyməti 90,3009 manat (10,8%), orta ölçülmüş qiyməti isə 90,3206 manat (10,7757%) müəyyən olunub. Qiymətli kağızların ödəmə tarixi 21 avqust 2018-cu ildir. Hərrac iştirakçıları bu gün alış üzrə öhdəliklərini icra etməlidirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/maliyye-nazirliyi-45-mln-manatliq-istiqraz-yerlesdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR