31 yaşlı kişini güllələdilər - ŞƏKİDƏ

31 yaşlı kişini güllələdilər - ŞƏKİDƏ
09:34 23 Avqust 2017
118 Digər
Ölkə mətbuatı
A- A+

Şəkidə 31 yaşlı kişi nəməlum şəxs tərəfindən güllələnib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, avqustun 22-si saat 23 radələrində rayonun Baş Kəldək kənd sakini Səməd İsrail oğlu Əsgərov bədənin müxtəlif nahiyələrində çoxsaylı qırma yaraları xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

 

S. Əsgərov ilkin ifadəsində bildirib ki, yaşadığı kəndin inzibati ərazisinin yaxınlığındakı meşə zolağında odun hazırlayan zaman naməlum şəxs tərəfindən ona ov tüfəngindən atəş açılıb.

 

S. Əsgərovun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

 

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata əsasən,  hadisə ilə bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281728

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR