Azərbaycan üçün tarixi gün - YENİLƏNİR

Azərbaycan üçün tarixi gün -   YENİLƏNİR
09:47 23 Avqust 2017
132 İdman
Ölkə mətbuatı
A- A+

Tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində çıxış edən "Qarabağ" bu gün cavab oyununa çıxacaq. Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu səfərdə "Kopenhagen"lə qarşılaşacaq.

 

Danimarka təmsilçisi ilə Bakıdakı görüş Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu hesab cavab oyunu öncəsi "Qarabağ"ın Azərbaycan futbol tarixinə Çempionlar Liqasının qrup mərhələsindəki ilk komanda kimi düşmək şansını artırır. Belə ki, səfərdə istənilən hesablı heç-heçə, hətta minimal fərqli, amma qollu məğlubiyyət də təmsilçimizin lehinə olacaq.

 

Ağdam klubu Danimarkaya yüksək əhval-ruhiyyə ilə yollanıb. "Qarabağ" 19 il öncə 0:6 hesabı ilə uduzduğu Kopenhagendə tarix yazmağa köklənib.

 

Çempionlar Liqası

Pley-off mərhələsi

Cavab oyunu


23 avqust

22.45 Kopenhagen (Danimarka) - Qarabağ (Azərbaycan)

Hakimlər: Alberto Undiano Mallenko, Roberto Alonso Fernandes, Raul Kabanyero Martines, Dieqo Barbero Sevilya (İspaniya).

Əlavə köməkçi hakimlər: Alexandro Xose Ernandes, Xose Mariya Sançes Martines (İspaniya).

Hakim-inspektor: Alfredo Trentalanqe (İtaliya).

UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya).

Kopenhagen. “Tella Parken” stadionu.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycan-ucun-tarixi-gun-t60089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR