Bakıda ev quşu İrandan gələn ailənin 3 yaşlı uşağına xəsarət yetirib

Bakıda ev quşu İrandan gələn ailənin 3 yaşlı uşağına xəsarət yetirib
10:12 23 Avqust 2017
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ Bakıda ev quşu İrandan Azərbaycana səyahətə gələn ailənin 3 yaşlı uşağına hücum edib.
"Report" xəbər verir ki, hadisə Nizami rayonunda baş verib. 
Belə ki, İrandan Azərbaycana gələn ailə Qara Qarayev prospektində yerləşən restoranların birinə müştəri kimi daxil olub. Ailə orada olan zaman 3 yaşlı Araz Nofel Nejat oğlu restoranın həyətində xoruzun hücumuna məruz qalıb. 
Xoruz uşağın üz nahiyəsinə xəsarət yetirib. Uşaq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 
Ailə başçısı Araz Nejat restoran sahibinə öz iradını bildirib və polisə şikayət edəcəyini deyib. 
Restoran sahibi həmin xoruzun başını kəsdirib. Buna baxmayaraq, N.Araz Nizami Rayon Polis İdarəsinə şikayət edib. Polis əməkdaşları restoran sahibinin izahatını alıb. O, izahatında qeyd edib ki, hadisəni törədən xoruzun başı kəsilib və restoran ərazisində bir daha ev quşları nəzarətsiz qalmayacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-ev-qusu-i-randan-gelen-ailenin-3-yasli-usagina-xesaret-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR