Nadir Qafarzadə hücuma məruz qaldı

Nadir Qafarzadə hücuma məruz qaldı
10:13 23 Avqust 2017
189 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Nadir Qafarzadə hakerlərin hücumuna məruz qalıb.

Publika.az xəbər verir ki, ifaçının instaqram hesabı oğurlanıb.

Belə ki, ifaçının 274 minlik hesabının adı dəyişdirilərək “@menim_heyatim_odur” qoyulub. Səhifədə üzünü göstərməyən bir xanım fotolarını paylaşır. Profilin informasiya bölməsinə isə “Bu səhifə mənimdir, Nadir Qafarzadə instaqramı tərk etdi” yazılıb.

Qeyd edək ki, analoji hadisə bir müddət öncə aparıcılar Afaq Gəncəli və Azər Zahidin də başına gəlib.

Pərviz Hüseyn


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/210780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR