ABŞ Çin və Rusiyanın 16 şirkətinə sanksiya tətbiq edib

ABŞ Çin və Rusiyanın 16 şirkətinə sanksiya tətbiq edib
10:37 23 Avqust 2017
110 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ ABŞ Şimali Koreyanın nüvə və raket proqramına dəstək verdikləri üçün Çinin və Rusiyanın 16 şirkətinə sanksiya tətbiq edib.
“Report” İHA-ya istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, sanksiyalar BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğundur.
Məlumata görə, sanksiya tətbiq edilənlər arasında Çinin 6 şirkəti, o cümlədən 3 daş kömür müəssisəsi, Şimali Koreyaya neft satan Sinqapurun 2 şirkəti, onlarla birlikdə fəaliyyət göstərən Rusiyanın 4 müəssisəsi var. Bundan başqa şimali koreyalıların idarə etdiyi mərkəzi Namibiyada yerləşən heykəllər yonan firma da sanksiya tətbiq olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/region/abs-cin-ve-rusiyanin-16-sirketine-sanksiya-tetbiq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR