Azərbaycan gömrükçüləri avtobusun salonunda 14 000 ədəd siqaret aşkar edib

Azərbaycan gömrükçüləri avtobusun salonunda 14 000 ədəd siqaret aşkar edib
10:37 23 Avqust 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Azərbaycan vətəndaşı Hüseynov Rafiq Məmmədhüseyn oğlunun idarə etdiyi "Mercedes-208D" markalı, 42-BP-973 nömrəli sərnişin mikroavtobusu Lənkəran rayonu ərazisində saxlanılıb və həmin nəqliyyat vasitəsinə baxış keçirilib.
“Report” DGK-ya istinadən xəbər verir ki, baxış zamanı, sərnişin mikroavtobusunun salonunda, Azərbaycan vətəndaşları Məmmədzadə Bəylər Hüseynəli oğlu və Şahyarov Arzuman Xudabağış oğluna məxsus, gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 14 000 ədəd filterli siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycan-gomrukculeri-avtobusun-salonunda-14-000-eded-siqaret-askar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR