Nazirlik: Bakıda müşahidə olunan toz dumanı Türkmənistan ərazisindən gəlib

Nazirlik: Bakıda müşahidə olunan toz dumanı Türkmənistan ərazisindən gəlib
10:42 23 Avqust 2017
163 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ "Bakı və Abşeron yarımadasında bu gün səhər saatlarında müşahidə olunan tozlu hava şəraiti Türkmənistandan hərəkət edən tozlu hava kütlələri ilə bağlıdır".
Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib.
O bildirib ki, paytaxtda və yarımadada son günlər küləkli hava şəraiti müşahidə olunur: "Bunun nəticəsində də Türkmənistandan Xəzərin sahilyanı ərazilərinə tozlu hava kütlələri daxil olub. Bu, özünü daha çox Abşeron yarımadasında göstərir. Küləkli hava şəraiti müşahidə olunduğundan həmin toz kütlələri səpələnir".

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/nazirlik-bakida-musahide-olunan-toz-dumani-turkmenistan-erazisinden-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR