“Kopenhagen”in futbolçusu: “Vardar" və "Sonderyuske" ilə oyunlardan nəticə çıxarmalıyıq"

“Kopenhagen”in futbolçusu: “Vardar" və "Sonderyuske" ilə oyunlardan nəticə çıxarmalıyıq"
11:02 23 Avqust 2017
123 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ “Bu mövsüm daha əvvəl etdiklərimizi “Qarabağ”la oyunda da təkrarlaya bilərik. Evdə oynamağımız bizim üçün üstünlükdür”. 
“Report” xəbər verir ki, bunu Danimarkanın “Kopenhagen” klubunun futbolçusu Yussef Tutu “Qarabağ”a qarşı keçirəcəkləri Çempionlar Liqasının “pley-off” mərhələsinin cavab oyununu şərh edərkən deyib.
25 yaşlı Mərakeş əsilli danimarkalı yarımmüdafiəçi bildirib ki, Makedoniya "Vardar"ı ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü və "Sonderyuske" ilə Danimarka Super Liqasının VII tur qarşılaşmasından nəticə çıxarmaq lazımdır. Paytaxt təmsilçisi “Vardar”a Makedoniyada 1 cavabsız qolla uduza da, evdə 4:1 hesabı ilə qalib gəlib. Həmçinin, "Kopenhagen" “Sonderyuske” ilə görüşdə 1:2 hesabı ilə məğlub durumda olmasına rəğmən, 2 qol vuraraq, qələbə qazanıb. 
Tutu "Qarabağ"la cavab görüşünə qələbə üçün çıxacaqlarını açıqlayıb: "Bütün gücümüzlə sürətli futbol oynamalıyıq? Bilmirəm. Bu, oyunun gedişatından asılıdır. Matça qələbə üçün çıxacağıq”.
Qeyd edək ki, "Kopenhagen"lə "Qarabağ" arasındakı Çempionlar Liqasının "pley-off" mərhələsinin cavab görüşü bu gün "Parken" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. İlk matçda "Qarabağ" qalib gəlib - 1:0.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/kopenhagen-in-futbolcusu-vardar-ve-sonderyuske-ile-oyunlardan-netice-cixarmaliyiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR