Gürcüstanda iki mikroavtobus toqquşub, 28 nəfər xəsarət alıb

Gürcüstanda iki mikroavtobus toqquşub, 28 nəfər xəsarət alıb
11:02 23 Avqust 2017
109 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ Gürcüstanın Quriya şəhəri ilə Acariya Respublikasını birləşdirən avtomobil yolunda iki sərnişin mikroavtobusunun toqquşması nəticəsində 28 nəfər xəsarət alıb.
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, qəza Quriyanın Qara dəniz sahilində yerləşən Şekvetili kurort qəsəbəsində baş verib. 
Məlumata görə, xəsarət alanlar Acariyanın Kobuleti şəhər xəstəxanasına yerləşdiriliblər. Yaralıların 4-nün vəziyyəti ağırdır.
Hadisə ilə bağlı araşdırma aparılır. Qəzanın törədilməsində günahı olan sürücünü cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-iki-mikroavtobus-toqqusub-28-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR