Azərbaycanın qadın güləşçiləri dünya çempionatında mübarizəyə qoşulur

Azərbaycanın qadın güləşçiləri dünya çempionatında mübarizəyə qoşulur
11:17 23 Avqust 2017
112 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatının üçüncü günündə mübarizəyə qadın güləşçilər qoşulacaqlar. “Report” xəbər verir ki, Azərbaycan 4 çəki dərəcəsindən 3-də təmsil olunacaq. 
Artıq onların ilk rəqibləri də məlumdur. 3 qat Avropa çempionu Nataliya Sinişin və böyüklər arasında mundialın debütantı Elmira Qəmbərova xalça üzərinə 1/16 final mərhələsindən çıxacaq. İrina Netreba isə 1/8 finaldan etibarən çıxış edəcək. 
Dünya çempionatı
55 kq

1/16 final. Nataliya Sinişin - İrina Kuraçkina (Belarus)
58 kq
1/8 final. İrina Netreba - Giedre Blekaytite (Litva) / Ariadne Mikelle Burxart (Austriya)
63 kq
1/16 final. Tayla Tuahine Ford (Yeni Zellandiya) - Elmira Qəmbərova
Görüşlərə Bakı vaxtı ilə saat 12:00-da start veriləcək. Final qarşılaşmaları isə saat 21:00-da başlanacaq.
Qeyd edək ki, ilk iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparıb. Azərbaycan 8 çəki dərəcəsinin hamısında təmsil olunsa da, yalnız Elvin Mürsəliyev (80 kq) fəxri kürsüyə yüksəlib. O, bürünc medal qazanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-qadin-gulescileri-dunya-cempionatinda-mubarizeye-qosulurlar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR