Rusiyada işdən çıxarılan şəxs zavod əməkdaşlarına bıçaqla hücum edib, 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Rusiyada işdən çıxarılan şəxs zavod əməkdaşlarına bıçaqla hücum edib, 3 nəfər  ölüb, 2 nəfər yaralanıb
11:32 23 Avqust 2017
110 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ Rusiyanın Nijni Novqorod şəhərində “QAZ” avtomobil zavodunun ərazisində bir kişi bıçaqla insanlara hücum edərək 3 nəfəri öldürüb, 2 nəfəri ağır yaralayıb.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, həmin şəxs zavodun keçmiş işçisi olub. 
İnformasiyaya əsasən, hücum səbəb zavod rəhbərliyinin onu işdən çıxmağa məcbur etdiyi ehtimal olunur. Məlumata görə, həmin şəxs zavod rəhbərliyinə hücum etməklə işdən çıxarılmasının qisasını alıb.
“O, işə gəlmişdi. Ona dedilər ki, işdən çıxarılıb. O, da özünü saxlaya bilməyib bu hadisəni törətdi”, - deyə zavodun əməkdaşlarından biri bildirib.
Hadisə yerinə təcili tibbi yardım maşınları və həkimlər cəlb olunub. 
Hələlik hüquq –mühafizə orqanları rəsmi açıqlama verməyib. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiyada-isden-cixarilan-sexs-zavod-emekdaslarina-bicaqla-hucum-edib-3-neferi-olub-2-nefer-yarala

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR