Bakıda Ukrayna Dövlət Bayrağı Günü qeyd olunub

Bakıda Ukrayna Dövlət Bayrağı Günü qeyd olunub
11:37 23 Avqust 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ Ukraynanın Azərbaycandakı səfirliyində Ukrayna Dövlət Bayrağı Günü münasibətilə təntənəli tədbir keçirilib.
"Report" xəbər verir ki, əvvəlcə Ukraynanın dövlət himni səslənib, sonra ölkənin bayrağı qaldırılıb.
Sonra Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko çıxış edərək, dövlət bayrağının təsdiqlənməsinin tarixindən, Azərbaycan-Ukrayna münasibətlərinin inkişafından danışıb.
Qeyd edək ki, tədbirdə səfirlik işçiləri, onların ailə üzvləri, həmçinin Azərbaycandakı Ukrayna diasporunun nümayəndələri iştirak ediblər.




Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/bakida-ukrayna-dovlet-bayragi-gunu-qeyd-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR