Gürcütanın Borjomi-Xaraqaul bölgəsində yanğın davam edir

Gürcütanın Borjomi-Xaraqaul bölgəsində yanğın davam edir
12:07 23 Avqust 2017
130 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ Ötən gecə Gürcüstanın Qori rayonunda yanğın söndürülsə də, avqustun 20-dən Borjomi-Xaraqaul bölgəsində davam edən yanğını lokallaşdırmaq mümkün olmayıb.
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, avqustun 23-də səhər saatlarından yanğının söndürülməsinə 6 helikopter və bir təyyarə cəlb edilib.
İnformasiyaya əsasən, yanğından 11 km. aralı yerləşən Borjomi kurort şəhərində yanğın qoxusu ötən axşamdan fərqli olaraq, artıq duyulmur.
Təbii fəlakət bölgəsinə səfər edən Gürcüstanın regional inkişaf və infrastruktur naziri Zurab Alavidze bildirib ki, yanğının söndürlməsinə aviasiyanın da cəlb edilməsinə baxmayaraq, yaxın günlərdə bunun qarşısını almaq mükün olmayacaq.
Gürcüstan prezidenti Georgi Merqvelaşivili hərbçilərin yanğının söndürlməsinə cəlb edilməsi ilə bağlı ölkə parlamentinə təqdimat verib. Avqtustun 23-də ölkə parlamenti dövlət başçısının müraciətini müzakirə edib və müsbət cavablandırıb. Prezident Adminstrasiyasının başçısı Georgi Abaşişivili bildirib ki, hərbçilər Qoridə yanğının nəticələrinin aradan qaldırlması ilə məşğul olacaqlar: “Əgər ehtiyac olarsa, onlar Borjomi-Xaraqaul meşəsindəki yanğının söndürülməsində də iştirak edəcəklər”.
Yaxın saatlarda prezident G.Merqvelaşivilinin yanğın zonasına səfər edəcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycan və Türkiyə yanğınsöndürənləri-xilasediciləri Samtsxe-Cavaxetiya regionundakı Borjomi-Xaraqauli meşəsində baş verən yanğının söndürülməsində Gürcüstan tərəfinə kömək edir.  Ölkənin baş naziri Giorgi Kvirikaşvili deyib ki, yanğınla mübarizədə Azərbaycandan çox vacib kömək alıblar: "Helikopter bütün günü çalışıb, yanğınsöndürən maşınlar isə yoldadır. Türkiyədən də yardım aldıq. İki helikopter artıq Batumidədir, onlar tezliklə yanğının söndürülməsi üçün əməliyyata başlayacaq. Günün sonuna isə Türkiyədən böyük, iri tutumlu yanğınsöndürən təyyarə gələcək".
Xatırladaq ki, Daba kəndi yaxınlığında yerləşən meşədə yanğın avqustun 20-də başlayıb. Yanğınsöndürənlər hələ də yanğını söndürməyə çalışır. Vəziyyəti dağlıq relyef, külək və quru hava mürəkkəbləşdirir. Yanğının söndürülməsində təxminən 400 yanğınsöndürən-xilasedici, 100 meşəbəyi, eləcə də Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi tapşırıqlar Departamentinin 500 əməkdaşı, Gürcüstan və Azərbaycan aviasiyası iştirak edir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcutanin-borjomi-xaraqaul-bolgesinde-yangin-davam-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR