“Qarabağ” mərhələ keçsə... - SƏBƏTLƏR

“Qarabağ” mərhələ keçsə... -   SƏBƏTLƏR
13:57 23 Avqust 2017
65 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının qrup mərhələsi üçün səbətlərin tərkibi açıqlanıb. Fanat.Az xəbər verir ki, artıq bu mərhələnin 32 iştirakçısından 27-si bəllidi. Qalan 5 xoşbəxtin adı bu gecə keçiriləcək "play-off" mərhələsinin son oyunlarından sonra müəyyənləcəşək.


27 komandadan yalnız "Seltik"in yer alacağı səbət bəlli deyil. "Astana"nı keçən Şotlandiya klubu böyük ehtimalla 4-cü səbətə düşəcək. Bu "Liverpul"dan aslıdı. İngiltərə klubu "Hoffenhaym" səddini keçsə, "Seltik" 4-cü, əks halda 3-cü səbətdə yer alacaq. "Liverpul" səfərdəki ilk oyunda rəqibini 2:1 hesabı ilə yenib. 


"Play-off"un qalan 4 cütlüyün qalibi 4-cü səbətə düşəcək. Onlardan biri "Kopenhagen" - "Qarabağ" cütlüyünün qalibi olacaq. "Qarabağ" ilk oyunda Danimarka klubunu 1:0 hesabı ilə yenib. Azərbaycan çempionu bu gün sərfəli nəticə əldə etsə, püşkatma zamanı ən zəiflərin yer aldıtı sonuncu səbətdə yer alacaq.


Çempionlar Liqası

Qrup mərhələsi

Səbətlər


I səbət: “Real”, “Bavariya”, “Çelsi”, “Yuventus”, “Benfika”, “Monako”, “Spartak” (Moskva), “Şaxtyor”.

II səbət: “Barselona”, “Atletiko”, PSJ, “Borussiya” (Dortmund), “Sevilya”, “Mançester Siti”, “Portu”, “Mançester Yunayted”.

III səbət: “Napoli”, “Tottenhem”, “Bazel”, “Olimpiakos”, “Anderlext”, “Roma”, “Beşiktaş”, “Liverpul” (İngiltərə) - “Hoffenhaym” (Almaniya) cütünün qalibi və ya “Seltik”.

IV səbət: “Feyenord”, “Maribor”, “Leypsiq”, “Seltik” və ya “Liverpul” (İngiltərə) - “Hoffenhaym” (Almaniya) cütünün qalibi, “Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan) cütünün qalibi, “Slaviya” (Çexiya) - APOEL (Kipr) cütünün qalibi, “Styaua” (Rumıniya) - “Sportinq” (Portuqaliya) cütünün qalibi, ÇSKA (Rusiya) - “Yanq Boyz” (İsveçrə) cütünün qalibi


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qaraba-mrhl-kecs-t60097.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR